"Milan"ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb. Matc.az xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun "Atalanta" ilə ev oyununa (2:0) təsadüf edib.
 
İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunun əvəzində meydana buraxılıb.
 
Xatırladaq ki, ötən ilin may ayında əməliyyat olunan İbrahimoviç ondan sonra reabilitasiya prosesi keçirdi. 42 yaşlı hücumçu ötən mövsüm 27 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə etsə də, bu mövsüm debüt şansı qazanmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest