30 yaşlı forvardın keçidi alınmasa belə, "Konyaspor" transfer pəncərəsi bağlanana qədər bir hücumçu alacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni transfer olunduğu "Konyaspor" daha bir oyunçunu heyətinə qatmağa hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqa təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədi.
 
Konya təmsilçisi fəaliyyətini dayandıran "Hatayspor"un forvardı Ayub el Kabi ilə danışıq aparır. Mərakeş millisinin üzvü Qətər klubu "Əl-Sədd"lə "Konyaspor" arasında seçim etməli olacaq. 30 yaşlı forvardın keçidi alınmasa belə, "Konyaspor" transfer pəncərəsi bağlanana qədər bir hücumçu alacaq.
 
Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini Zaqreb "Dinamo"sundan mövsümün sonuna qədər icarəyə götürüb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest