Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb. Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada "Anderlext" və İspaniyanın "Vilyarreal" komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
 
Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest