özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.  Matc.az xəbər verir ki, Azərbaycan millisinin 6 cüdoçusunun ilk rəqibi müəyyənləşib.
 
60 kq-dakı təmsilçimiz Rövşən Əliyev müvafiq olaraq Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq. Həmin çəkidəki digər cüdoçumuz Əhməd Yusifov almaniyalı Moritz Plafki ilə üz-üzə gələcək.
 
66 kq-da mübarizə aparacaq Kamran Süleymanov estoniyalı Vilkar Lipard, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqerlə münasibətlərinə aydınlıq gətirəcək.
 
73 kq çəkidəki təmsilçilərimizdən Nəriman Mirzəyevin rəqibi Bahruzi Xocazoda (Tacikistan) olacaq. Bu çəkidə yarışcaq digər azərbaycanlı Rəşid Məmmədəliyev isə özbəkistandan olan Şaxram Ahadovla münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Böyük Dəbilqəyə sabah start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest