O, gənc oyunçunun Azərbaycan və Estoniya ilə bu ay keçiriləcək qarşılaşmaların heyətində yer alacağını istisna etməyib.

AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasının heyəti müəyyənləşmək üzrədir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ralf Ranqnik təcrübəli oyunçularla yanaşı, debütant da dəvət etmək niyyətindədi.
 
Almaniyalı mütəxəssis "Blau-Vayss"ın yarımmüdafiəçisi Mattias Seydli yığmaya çağırmağı planlaşdırır. çalışdırıcı 22 yaşlı futbolçunu izləmək üçün hətta "Blau-Vayss"ın son matçını tribunadan izləyib. O, gənc oyunçunun Azərbaycan və Estoniya ilə bu ay keçiriləcək qarşılaşmaların heyətində yer alacağını istisna etməyib.
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığmasını qəbul edəcək. Hər iki görüş Lins şəhərində keçiriləcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest