"Napoli"nin hücumçusu Viktor Osimhen İtaliyada "ilin ən yaxşı əcnəbi idmançısı" elan edilib. Matc.az xəbər verir ki, Nigeriyadan olan 24 yaşlı futbolçu bu ada 2022-ci il ərzində göstərdiyi performansa görə layiq görülüb.
 
Futbolçunun mükafatlandırılma mərasiminə "Napoli"nin prezidenti Aurelio De Laurentis də qatılıb.
 
Osimhen bu mövsüm A Seriyasında vahid lider olan "Napoli"nin uğurlu çıxışında əsas pay sahiblərindən biridir. O, cari mövsümdə İtaliya çempionatında meydana çıxdığı 22 oyunda 19 qol vurub.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest