PSJ baş məşqçi Kristofer Qaltye ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Paris təmsilçisi 57 yaşlı mütəxəssisi postundan uzaqlaşdıracaq.
 
Buna səbəb komandanın çempionlar Liqasında uğursuz çıxış etməsidi. Fransa çempionu 1/8 finalda "Bavariya"ya uduzduğundan, rəhbərlik mövsümün sonunda Qaltyeni qovmağı qərara alıb. İndidən yeni çalışdırıcı axtarışına start verilib.
 
Qeyd edək ki, PSJ-nin sükanı arxasına mövsümün əvvəlində keçən Kristofer Qaltyenin müqaviləsi gələn ilin yayına qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest