Bütün çempionatların iştirakçısı olan "Neftçi" ilk qələbəsini 1992-ci ildə Sumqayıt "Xəzər"i üzərində (1:0) qazanıb.

Misli Premyer Liqasının 26-cı turunda "Şamaxı" ilə keçirilən oyun "Neftçi" üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yubiley qələbəsini qazanıb.
 
Bu, "Şamaxı" ilə səfərdə keçirilən görüşə təsadüf edib. "Ağ-qaralar" rəqibi 1:0 hesabı ilə məğlub edərək, Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bakılılar buna 879-cu qarşılaşmada nail olub. Komanda qələbənin 276-nı evdə, 217-ni səfərdə, 7-ni isə neytral meydanda əldə edib.
 
Bütün çempionatların iştirakçısı olan "Neftçi" ilk qələbəsini 1992-ci ildə Sumqayıt "Xəzər"i üzərində (1:0) qazanıb.
 
Qələbə sayında "Neftçi"ni yalnız "Qarabağ" qabaqlayır. Ağdam klubunun aktivində 505 qalibiyyət var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest