14 Mart 2023, 09:24
FUTBOL
"çətin oyun olacaq. ötən il onlarla görüşmüşdük, güclü rəqibdir". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin yarımmüdafiəçisi və kapitanı Kevin De Brüyne deyib.
çempionlar Liqasının 1/8 final mərhələsinin "Leypsiq"lə cavab oyunu haqda danışan Brüyne bildirib ki, gərgin və enerjili qarşılaşma gözləyir: "çempionlar Liqasını qazanmaq istəyiriksə, Avropanın ən yaxşı komandası olmalıyıq. ötən il 1/4 final və yarımfinalda idik, lakin son addımı ata bilmədik. çempionlar Liqası titulu komandamızı yaxşılaşdıra bilərmi? Yox. Mən belə düşünmürəm. Sadəcə, çempionlar Liqasını qazansaq və başqa heç nə qazanmasaq, o zaman bizi Avropanın ən yaxşısı adlandırmaq olar. Liqanın ən yaxşı komandası olmaq üçün hansı kriteriyalar var? Hər kəsin öz fikri var və biz hər il ən yaxşı olmaq istəyirik".
TURAN