Marsel Sabitzerin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyun üçün Avstriya yığmasına çağırılması klubu "Mançester Yunayted"də həm narazılıq, həm də sevinclə qarşılanıb.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" son iki görüşü buraxan 28 yaşlı yarımmüdafiəçinin yığmaya dəvət olunmasını birmənalı qarşılamayıblar. Halbuki onun zədələndiyi və uzun müddətə sıradan çıxdığı güman edilirdi. Klub zədəli oyunçunun milliyə dəvət olunmasının doğru olmadığını düşünür.
 
Digər tərəfdən isə ingilislər hesab edirlər ki, əgər Sabitzer yığmaya çağırılıbsa, deməli, zədəsi ciddi deyil və tezliklə klubuna da kömək edə bilər. Məhz bu amil məşqçilər korpusunu sevindirib.
 
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest