AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan görüşünün biletləri tükənib. Matc.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının baş direktoru Bernhard Neuhold deyib.
 
O bildirib ki, martın 24-də "Raiffeisen Arena"da baş tutacaq matçda tribunalar tam dolacaq. çünki 17 min biletin hamısı artıq satılıb. Son biletlər bu gün satışa çıxarılıb və qısa müddətdə alınıb. Yalnız martın 27-də Estoniya ilə keçiriləcək görüş üçün satışda 1000 bilet qalıb.
 
Qeyd edək ki, martın 24-dəki Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest