"Gent" klubunun icraçı direktoru Mişel Luvaqi oyunları zamanı azarkeş marağının az olmasından şikayətlənib. Matc.az xəbər verir ki, Belçika klubunun rəsmisi avrokubok oyunlarında bunu aşkar hiss etdiklərini deyib.
 
O, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ev matçını buna misal göstərib.
 
"Azarkeşlərimiz əsasən "Qelamko Arena"da rəqib kimi "Zenit" və "Tottenhem" kimi yüksək səviyyəli komandaları görmək istəyirlər. Avrokuboklarda kiminlə rəqabət aparmaq ciddi rol oynayır. Azarkeş fəallığı bununla ölçülür. "Qarabağ"a qarşı oynasanız, əlbəttə ki, 17 min yox, 11 min azarkeş olacaq. çempionatda isə tamaşaçılar yalnız "Brügge" və "Anderlext"lə oyunlarda burada olurlar".
 
Qeyd edək ki, "Gent" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ı (0:1, 1:0. penaltilərlə - 5:3), 1/8 finalda isə "Başakşehir"i (1:1, 4:1) üstələyərək, 1/4 finala yüksəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest