Bütün tikişləri artıq açılan Caberin gələn həftə kollektivə qoşulması planlaşdırılır. Bu, onun fiziki durumundan asılı olacaq.

"Neftçi"nin yarımmüdafiəçisi Ataa Caberin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, israilli futbolçu artıq məşqlərə başlayıb.
 
Bu barədə klubun baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.
 
Onun sözlərinə görə, 29 yaşlı orta sahə oyunçusu fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında çalışmalar edir. Bütün tikişləri artıq açılan Caberin gələn həftə kollektivə qoşulması planlaşdırılır. Bu, onun fiziki durumundan asılı olacaq.
 
Qeyd edək ki, Ataa Caber Premyer Liqanın 24-cü turunda "Qarabağ"la (1:1) oyunda zədələnib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest