Yunanıstan Futbol Federasiyası milli komanda üçün yeni formaları təqdim edib. Matc.az xəbər verir ki, forma Amerikanın "Nike" şirkəti tərəfindən hazırlanıb.
 
Amma forma birmənalı qəbul edilməyib. Formanın üzərindəki naxış nasist simvoluna bənzədiyinə görə Yunanıstan mətbuatının qınağına səbəb olub.
 
Yunanıstan Aç-2024-ün seçmə mərhələsində Niderland, Fransa, İrlandiya və Cəbəllütariqlə birgə B qrupunda yer alıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest