Bu gün "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "AAAF Xırdalan" komandaları arasında 23-cü turun açılış oyunu baş tutub. Matc.az xəbər verir ki, oyuna üstün başlayan "AAAF Xırdalan" basketbolçuları yekunda 84:69 hesablı qələbə qazanıblar.
 
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (20 xal, 12 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olublar.
 
23-cü turun digər oyunları (NTD - "Olimpik Şəki", "Neftçi" İK - "Sərhədçi", "Gəncə" - "Zirvə Astara" ) 1 və 2 apreldə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest