Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra növbəti mərhələyə adlayan 8 komandanın adına aydınlıq gəlib.

İlk görüşdə evdə böyük hesabla qalib gələn "çelsi" ilə "Napoli" bu üstünlüyü qorumağı bacarıb. İtalyanlara hətta yenilgi də mane olmayıb.

Ancaq İtaliyanın digər təmsilçisi "İnter" öz meydanında uduzaraq, mübarizəni dayandırıb. Fransada "Renn"ə yenilən "Arsenal" isə bunun əvəzini "Emireyts"də artıqlaması ilə çıxıb.

Gözlənilmədən evdə "Slaviya" ilə qollu bərabərə qalan "Sevilya" səfərdə məğlub olaraq, avrokubokla vidalaşıb.

Beləliklə, "çelsi", "Arsenal", "Napoli", "Valensiya", "Vilyarreal", "Ayntraxt", "Benfika" və "Slaviya" mübarizəni davam etdirib.

 

Avropa Liqası
1/8 final, cavab oyunları
14 mart

"Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0

Obameyanq, 5, 72; Maytlan-Nils, 15

İlk oyun - 1:3

"Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Conas, 71; Ferro, 94; Qrimaldo, 105

İlk oyun - 0:1

"İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:1

Yoviç, 6

İlk oyun - 0:0

"Slaviya" (çexiya) - "Sevilya" (İspaniya) - 4:3

Nqadeu-Nqadyui, 15; Suçek, 47 (pen.); van Buren, 102; Kyaer, 119 (avtoqol) - Ben Yedder, 44 (pen.); Munir, 54; Vaskes, 98

İlk oyun - 2:2

"Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1

Moreno, 29; Bakka, 47 - İvanoviç, 90+1

İlk oyun - 3:1

"Dinamo" (Kiyev, Ukrayna) - "çelsi" (İngiltərə) - 0:5

Jiru, 5, 33, 59; Markos Alonso, 45+1; Hadson-Odoi, 78

İlk oyun - 0:3

"Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1

Suleymanov, 85 - Qedeş, 90+3

İlk oyun - 1:2

"Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1

Dabbur, 25; Qulbrandsen, 65; Letqeb, 90+2 - Milik, 14

İlk oyun - 0:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest