Bu gün Avropa Liqasında 1/4 və yarımfinal mərhələsinin cütləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi olub.

Tədbir Bakı vaxtı ilə 16:00-da start götürüb. Dünən keçirilən qarşılaşmalardan sonra 1/4 finala adlayan komandalar final yolunda son rəqiblərini tanıyıb.

Eyni zamanda Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici görüşün nominal meydan sahibi ilə bağlı da püşk atılıb.

 

Avropa Liqası

1/4 final

"Napoli" - "Arsenal"

"Vilyareal" - "Valensiya"

"Benfika" - "Ayntraxt"

"Slaviya" - "çelsi"

 

Yarımfinal

"Napoli" / "Arsenal" - "Vilyareal" / "Valensiya"

"Benfika" / "Ayntraxt" - "Slaviya" / "çelsi"

 

Final

İkinci yarımfinalın qalibi - Birinci yarımfinalın qalibi

 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest