15 Mart 2019, 10:09
AVROPA LİQASI
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən 8 oyundon sonra 4 futbolçu bu ada namizəd göstərilib.
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən 8 oyundon sonra 4 futbolçu bu ada namizəd göstərilib.
UEFA-nın müəyyənləşdirdiyi siyahıda 1/4 finala adlayan klubların oyunçuları yer alıb. Bunlar Pyer-Emerik Obameyanq ("Arsenal"), Jonas ("Benfika"), Olivye Jiru ("çelsi") və Tomaş Souçekdi ("Slaviya").
Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah müəyyənləşəcək.