17 May 2023, 09:38
ÇEMPİONLAR LİQASI
"İnter"in baş məşqçisi Simone İnzaqi ilk dəfə çalışdırdığı komandanı avrokubokların finalına daşıyıb
"İnter"in baş məşqçisi Simone İnzaqi ilk dəfə çalışdırdığı komandanı avrokubokların finalına daşıyıb. Matc.az xəbər verir ki, onun çalışdırdığı komanda çempionlar Liqasının yarımfinalında "Milan"ı üstələyərək, turnirin həlledici görüşünə vəsiqə əldə edib.
İnzagi cavab matçından sonra xəyallarını reallaşdırdıqlarını söyləyib: "Bizim üçün final əvvəlcə xəyal idi, amma həmişə buna inanırdıq. İnanılmaz yol keçmişik. Yarımfinalda bu cür qalib gəlmək hamımızı qane edir. Yanvardan bəri dörd derbi keçirdik və hər birində qalib gəldik. "Milan" İtaliya çempionudu, çox keyfiyyətli oyunçuları var. Amma uşaqlar əla oynadılar".
47 yaşlı mütəxəssis finaldakı rəqibin onlar üçün fərq etmədiyini bildirib: "Mançester Siti" və "Real" Avropanın ən yaxşı iki komandalarıdı. Onlar arasındakı cavab matçına baxacağam".
Qeyd edək ki, "İnter" "Milan"ı ilk oyunda 2:0, cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edib.