Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

"Roma" doğma meydanda məğlub etdiyi "Bayer"lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından "canavarlar" finala yüksəliblər.

İtaliyanın digər təmsilçisi "Yuventus" da İspaniyanın "Sevilya" komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran "Sevilya" ikinci finalçı olub.

Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bayer (Almaniya) - Roma (İtaliya) 0:0
İlk oyun - 0:1

Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
İlk oyun - 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest