“Real Madrid”in futbolçuları Cud Bellingem və Antonio Rüdiger intizam sanksiyası ilə üzləşə bilərlər. Matc.az xəbər verir ki, “Valensiya” ilə qarşılaşmanın fasiləsində stadionun tunelində insident yaşandığı iddia olunur.

Məlumata görə, Bellingem təhlükəsizlik əməkdaşlarından birinə zərbə vurmaqda, Rüdiger isə digər əməkdaşa şillə vurmaqda ittiham edilir.

Təhlükəsizlik işçilərinin hadisə barədə hakimə məlumat verdiyi və insidentin matçın rəsmi protokoluna daxil edildiyi bildirilir.

İddialar təsdiqlənərsə, hər iki futbolçunu uzunmüddətli diskvalifikasiya gözləyə bilər. Hələlik yekun intizam qərarı açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest