Misli Premyer Liqasının XI turunda “Neftçi” ilə qarşılaşmadan sonra istirahətə buraxılan “Kəpəz” futbolçuları yenidən bir araya gəliblər. Matc.az xəbər verir ki, baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə bir neçə futbolçu iştirak etməyib.

Namik Ələskərov Azərbaycan millisinin, Viktor Stina Moldova yığmasının, Şahnur İsmayılov isə U-20 millimizin düşərgəsindədir.

Bundan başqa, zədəsini tam sağaltmayan David Domgjoni və Azuma Abubakar, eləcə də diz nahiyəsində ağrıları olan Adama Fofana məşqə qatılmayıb.

“Kəpəz” sabahdan hazırlıq prosesini intensivləşdirəcək. Gəncə təmsilçisi noyabrın 14-də I Liqa klubu “Gəncəbasar”la yoxlama oyununda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest