"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç 89% dəqiqliyə malikdi, maksimal sürəti 29,3 km/saat, məsafəsi 13,55 km-di.

Avropa Liqasında finalın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA "Sevilya" - "Roma" qarşılaşmasının ən yaxşılarını açıqlayıb.
 
Hər komandadan 2 oyunçu bu ada iddia edir. "Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç 89% dəqiqliyə malikdi, maksimal sürəti 29,3 km/saat, məsafəsi 13,55 km-di. Onun komanda yoldaşı olan qapıçı Yasin Bunu 2 dəfə komandasını qoldan xilas edib, 4 dəfə isə zərbədən sonra topu tutub.
 
"Roma"nın hücumçusu Paulo Dibala qol vurmaqla yanaşı, 28,7 km/saat sürətə çatıb. Paytaxt klubunun müdafiəçisi Kris Smollinq isə 5 dəfə topu rəqibdən alıb və 77%-lik ötürmə dəqiqliyinə malik olub.
 
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda "Sevilya" penaltilər seriyası ilə (4:1) qalib gəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest