"Qarşıda məqsəd varsa, nə qədər oynamaq lazım olduğunun əhəmiyyəti yoxdur". Matc.az xəbər verir ki, bunu "Sevilya"nın qapıçısı Yasin Bunu deyib.
Avropa Liqasının finalında "Roma" üzərində penaltilər seriyasında qazandıqları qələbəni şərh edən qolkiper bildirib ki, baş məşqçinin etimadını doğrultmağı bacarıb:
"Yuventus"la oyunda 120 dəqiqə sərf etdik. İnanılmaz, lakin həqiqətdir: uşaqlar oynama davam etdilər. Komanda yoldaşlarım mənə güvən verir. Onları, "Sevilya"ya bağlı olan hər kəsi təbrik edirəm. Bu mövsüm çox emosional keçdi. Bəzən nə baş verdiyini dərk etmirsən. Həmişə demişəm ki, mən "Sevilya"nın adamıyam və bu komandanın formasını qorumağa hazıram. Baş məşqçi mənə inandı və etimadı doğrultdum".