UEFA Avropa Liqasında 2022/2023 mövsümünün yekun statistik göstəriciləri açıqlanıb. Matc.az xəbər verir ki, qış transfer dönəmində "köhlən atlar"ı Macarıstan "Ferentsvaroş"una dəyişən Kvabena Ovusu turnirdə qapıya ən çox zərbə vuran oyunçuların siyahısında yer alıb.
 
26 yaşlı forvard Ağdam təmsilçisinin heyətində qrupdakı 6 qarşılaşmada 14 dəfə bunu bacarıb və siyahıda ikinci pillədə qərarlaşıb. İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford (17) bu göstəricidə birinci olub. İtaliya "Roma"sından Lorentso Pelleqrini, Almaniyanın "Union" (Berlin) komandasında Şeraldo Bekker (hər ikisi 12) 3-4-cü sıraları bölüşdürürlər.
 
Qeyd edək ki, Kvabena Ovusu başa çatan mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində 3 qolla yadda qalıb. İspaniya "Sevilya"sı "Roma"nı əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşünün penaltilər seriyasında məğlub edərək tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub (report).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest