"Onqat Azərbaycan çempionu "Qarabağ" büdcəsinə görə Rusiya Premyer Liqasında ilk "onluğ"a düşə bilməz". Matc.az xəbər verir ki, bunu "Qarabağ" və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev "Championat" nəşrinə müsahibəsində deyib.
 
29 yaşlı qolkiper iki liqa arasında yetəri qədər maaş fərqinin olduğunu bildirib: "Büdcəsi az olan "Sumqayıt" və "Səbail"lə yox, "Qarabağ"la müqayisə aparıram. Rusiyada böyük məvaciblər mövcuddur. Azərbaycan futbolunda isə qat-qat az pul var. Hətta Rusiya Birinci Liqasında "Rubin" və "Arsenal" (Tula) kimi çox ciddi büdcəsi olan klubların adlarını çəkə bilərəm".
 
Məhəmmədəliyev 2013-cü ildə Şahdağda çıxış edərkən maaşının 450 manat olduğunu da sözlərinə əlavə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest