Futzal üzrə Azərbaycan millisinin Dç-2024-ün elit-raund mərhələsindəki oyun proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, yığmamız ilk oyununu səfərdə keçirəcək.
 
UEFA-nın açıqladığı təqvimə əsasən, Joze Alesio da Silvanın yetirmələri yarışa sentyabrda səfər qarşılaşması ilə start götürəcək. Həmin ay ikinci matçını Bakıda keçirəcək millimiz oktyabrda əvvəlcə evdə, daha sonra səfərdə meydana çıxacaq. Dekabrda da ilk görüş paytaxtımızda təşkil olunacaq. Mərhələnin son sınağı isə səfərdə baş tutacaq.
 
Azərbaycan yığmasının rəqibləri iyunun 8-də bəlli olacaq.
 
Qeyd edək ki, komandamız indiyə qədər 6 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsində yarışıb. 2016-cı ildə Kolumbiyadakı mundialda milli 1/4 finala qədər irəliləməyi bacarıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest