Onlar A və C qrupunun matçlarını idarə edəcəklər.

İyunun 21-dən iyulun 8-dək 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək. Matc.az xəbər verir ki, Gürcüstanda təşkil olunan turnirə təyinat alan hakimlər arasında azərbaycanlılar da var.

Belə ki, FİFA referilərimizdən Əliyar Ağayevlə yanaşı, köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli də qonşu ölkəyə yollanacaq.

Onlar A və C qrupunun matçlarını idarə edəcəklər.

Qeyd edək ki, A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest