2026-cı ilin FIFPRO versiyası üzrə dünyanın rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, peşəkar futbolçuların səsverməsi əsasında müəyyənləşən “World 11”də Lionel Messi 18-ci dəfə yer alaraq rekordunu yeniləyib.

Argentinalı ulduzla yanaşı, Kilian Mbappe, Erlinq Haaland və Lamin Yamal da hücum xəttinə daxil ediliblər.

Komandanın digər üzvləri David Raya, Əşrəf Hakimi, Pau Kubarsi, Nuno Mendeş, Vitinya, Rodri və Cud Bellinqemdir.

Siyahının ən diqqətçəkən məqamlarından biri isə Kriştiano Ronaldo və Harri Keynin heyətə düşə bilməməsidir. Hər iki futbolçu ilkin namizədlər arasında olsa da, yekun 11-likdə yer almayıb.

Qeyd edək ki, səsvermədə dünyanın 73 ölkəsindən 19 806 peşəkar kişi futbolçusu iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest