10 Noyabr 2026, 15:07
FUTBOL
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Matc.az xəbər verir ki, MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə “Sabah”ın qapıçısı Rüstəm Yarəhmədov millinin düşərgəsinə dəvət olunub.
Qeyd edək ki, U-20 millimiz noyabrın 15-dək Qəbələdə, noyabrın 16-dan 21-dək isə Bakıda təlim-məşq toplanışında olacaq.













