2022-23 mövsümü başa çatar-çatmaz "Qarabağ"dan ayrılan Ramil Şeydayev Ağdam klubu ilə vidalaşıb. Matc.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı instaqram səhifəsində paylaşım edib.
 
Milli komandamızın üzvü "Qarabağ"a təşəkkürünü bildirib:
 
"Birlikdə keçirdiyimiz zamana görə, "Qarabağ"a təşəkkür edirəm. Bu böyük ailənin bir parçası olduğum üçün şadam. İstər yaxşı, istərsə də çətin anlarda mənə və komandaya dəstək olan hər kəsə təşəkkür edirəm. Mənə qayğı göstərdiyi, daim kömək etdiyi üçün klub nümayəndələrinə minnətdaram. Möhtəşəm bir "ov" idi. Sizin üçün darıxacağam!" 
 
Qeyd edək ki, Ramil Şeydayev geridə qalan mövsüm 22 qolla Premyer Liqanın bombardiri olub. Onun karyerasını Taylan klubu "Buriram Yunayted"də davam etdirməsi gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest