"Hamının arzuladığı finala çıxdıq. Fanatlarımızla birlikdə qeyri-mümkün kimi görünənləri reallaşdırdıq"

"Hamının arzuladığı finala çıxdıq. Fanatlarımızla birlikdə qeyri-mümkün kimi görünənləri reallaşdırdıq. Birlikdə sübut etdik ki, mümkünsüz heç nə yoxdur". Matc.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Simone İnzaqi çempionlar Liqasının finalı haqda danışarkən deyib. 
 
Onun sözlərinə görə, "Mançester Siti" ilə final qarşılaşması çox çətin olacaq: "Biz favorit deyilik, amma futbolu gözəl edən də budur. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Bu komandanın çalışdırıcısı hər kəsə yaxşı tanışdır, lakin biz bacardıqca hazırlaşmağa çalışacağıq. Oyuna münasibətimizi dəyişmək fikrində deyilik. Hazırlaşmaq üçün hələ vaxtımız var və biz hər xırda şeyi nəzərə alırıq".
 
Qeyd edək ki, "Mançester Siti" – "İnter" finalı iyunun 10-da İstanbulda keçiriləcək. Oyun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest