07 İyun 2023, 18:01
FUTBOL
"Liverpul" "Brayton"un yarımmüdafiəçisi Aleksis Makallisteri heyətinə qatıb. Matc.az xəbər verir ki, "qırmızılar" argentinalının "Brayton"la müqaviləsində göstərilən sərbəst qalma bəndindən yararlanıb.
Bu transfer "Liverpul"a 40,7 milyon avroya başa gəlib. 24 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 5 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Aleksis Makallister bu mövsüm "Brayton"un heyətində keçirdiyi 40 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib. O, dekabrda Argentina millisi ilə dünya çempionu olub.