Lionel Messi İspaniyaya əlavə vaxtda uduzduqları (0:1) dünya çempionatının final oyununda iştirak etməklə futbol tarixini yenidən yazıb.
Matc.az xəbər verir ki, ESPN telekanalı məlumat yayıb.
Bildirilir ki, o, dünya çempionatlarının üç final matçında oynayan ikinci futbolçu olub. Buna qədər belə bir nailiyyətlə yalnız Kafu öyünə bilərdi.
Lakin Argentina yığmasının kapitanı hər üç həlledici qarşılaşmada meydana start heyətində çıxıb. Braziliyalı müdafiəçi isə 1994-cü ildə İtaliyaya qarşı keçirilən görüşə ehtiyat oyunçular skamyasında başlayıb və sonradan zədələnmiş Jorjinyonu əvəzləyib.
Qeyd edək ki, bəzi əfsanəvi futbolçular da yığmaları ilə birlikdə üç dəfə finala qədər irəliləsələr də, hər üçü də həlledici matçda forma geyinə bilməyiblər. Lotar Matteus, Pyer Littbarski və Ronaldo finalların birində ehtiyatda qalıblar, Pele isə zədə səbəbindən meydana çıxmayıb.













