2013-14 mövsümündə çempionlar Liqasında (çL) çıxış edəcək daha bir komanda müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu, Belçika klubu "Antverpen"dir.
 
ölkəsinin Pro liqasında çempionluq əldə edən komanda çL-in pley-off mərhələsindən mübarizəyə qoşulacaq. Mark van Bommelin yetirmələri püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq.
 
Əgər ilkin təsnifat mərhələlərində sürpriz nəticə baş verməsə və Azərbaycan çempionu "Qarabağ" pley-offa qədər irəliləsə, "Antverpen"in potensial rəqibi olmayacaq. 
 
Azərbaycan çempionu yoluna davam etsə və favoritlərdən ikisi həmin raunda qədər büdrəsə, o zaman "Qarabağ"la "Antverpen" qrupa vəsiqə uğrunda bir-biri ilə qarşılaşa bilər.
 
Qeyd edək ki, çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 7-də atılacaq. "Qarabağ" yarışa I təsnifatdan başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest