Voleybolçularımız yeni mövsümə hazırlıqları davam etdirir. Bu barədə Matc.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib. 
Şəfəq Hüseynli saytımıza açıqlamasında nəzərdə tutulan planlarla bağlı bunları söyləyib: "XXXI ümumdünya Yay Universiadasında iştirak edəcək tələbə oğlanlardan ibarət milli komandamız ötən gün çinə yollandı. Qızlarımız isə dünən Bosniyadan qayıtdılar. Təlim-məşqlər burada davam edəcək. Yoxlama oyunları keçirəcəklər. 
 
Avqust ayında seleksiyada seçilmiş gənc qızlarla bağlı layihələr olacaq. Bu layihələrlə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq". 
 
Qeyd edək ki, universiada iştirak edəcək komandamız C qrupunda mübarizə aparacaq. Yarış 28 iyul - 8 avqust tarixlərində keçiriləcək. Yığmamızın rəqibləri ev sahibi ilə yanaşı, Ukrayna, Meksika və Yaponiya kollektivləridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest