Norveç millisinin baş məşqçisi Stole Solbakken 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İngiltərəyə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə BBC idman nəşri məlumat yayıb.
Bildirilir ki, mütəxəssis hər iki komandanın qarşıdakı oyun öncəsi təzyiq altında olduğunu bəyan edib. O, həmçinin komandaların baş bombardirləri barədə də danışıb:
"İngiltərə favoritdir, lakin aşkar deyil. Hesab edirəm ki, ingilislərin üzərindəki təzyiq bizdən daha çoxdur. Biz də oyunumuza görə təzyiq altındayıq. Oyun başlayan kimi futbolçuların bu barədə düşünəcəyini zənn etmirəm.
Keynin İngiltərə millisinin, Halandın isə bizim liderimiz olması sirr deyil, buna şübhə yoxdur. Lakin hər şeyi yalnız bombardirlərin duelinə bağlasanız, bəzi digər oyunçuları layiqincə qiymətləndirmədiyinizi düşünürəm. Onların hər ikisinin dəstəyə ehtiyacı var".
Norveç və İngiltərə yığmaları arasındakı qarşılaşma iyulun 12-də baş tutacaq. Turnirin əvvəlki mərhələsində Norveç Braziliyanı (2:1) üstələyib. İngiltərə isə azlıqda qalmasına baxmayaraq, Meksika üzərində qələbə qazanıb (3:2).













