Kolumbiya Futbol Federasiyası 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə matçdakı məğlubiyyətdən sonra yarımmüdafiəçi Haminton Kampas və ailəsinin ünvanına səsləndirilən təhdidləri qətiyyətlə pisləyən bəyanat yayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, idman arenasında ölkəni təmsil etdiyinə görə heç bir idmançı və onun ətrafındakı şəxslər qorxu və hədə-qorxu obyekti olmamalıdır.

"Futbol nifrət, hədə-qorxu və ya zorakılıq yeri deyil, birlik, hörmət və ümid məkanı olmalıdır. Buna görə də federasiya bütün kolumbiyalıları yaddan çıxarmamağa çağırır ki, idman rəqabətinə xas olan fikir ayrılıqları heç bir halda həyatını ölkəni təmsil etməyə həsr etmiş şəxslərə qarşı təhdid və ya təcavüzə çevrilməməlidir. İdmançılarımızı qorumaq həm də idmanın dəyərlərini və milyonlarla kolumbiyalını milli komanda ətrafında birləşdirən qürur hissini qorumaq deməkdir", - deyə təşkilatın rəsmi bəyanatında qeyd olunub.

Mətndə həmçinin futbolçuların meydana hər dəfə çıxarkən ölkələrini layiqincə təmsil etmək və mümkün ən yaxşı nəticəni əldə etmək üçün bütün güclərini qoyduqları vurğulanıb.

Qeyd edək ki, oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatsa da, kolumbiyalılar penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest