11 İyul 2026, 09:34
FUTBOL
Londonun "Çelsi" klubu "Real"ın hücumçusu Vinisius Juniorun ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur özünün X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçunun nümayəndələri İngiltərə Premyer Liqasının eyni anda 5 klubuna oyunçunun karyerasını İngiltərədə davam etdirmək variantını istisna etmədiyi barədə məlumat veriblər. Müvafiq olaraq bir neçə maraqlı komanda ilə artıq təmaslar baş tutub.
Qeyd olunur ki, "Çelsi" Vinisiusun həqiqətən də transfer bazarına çıxacağı təqdirdə böyük bir keçid imkanını nəzərdən keçirməyə hazırdır.













