"Qalatasaray" klubu yeni mövsümün heyət planlaması çərçivəsində braziliyalı yarımmüdafiəçisi Qabriel Saranın komandadakı gələcəyi ilə bağlı qəti qərarını verib. Mövsüm ərzində yaşadığı zədə səbəbindən transfer gündəmində bir qədər arxa plana düşən 26 yaşlı futbolçunu İngiltərə Premyer Liqası təmsilçiləri yaxından izləməkdə davam edir.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" idman portalı məlumat yayıb.
Bildirilir ki, "Qalatasaray" rəhbərliyi uğurlu çıxışı ilə seçilən oyunçunu ucuz qiymətə əldən çıxarmaq niyyətində deyil. "Sarı-qırmızılılar" təxminən 30 milyon avro səviyyəsində rəsmi təklif gələcəyi təqdirdə transfer danışıqlarına başlamağa isti yanaşır.
Texniki heyətin də planlarında mühüm yer tutan ulduz futbolçu üçün gözlənilən maliyyə şərtləri yerinə yetirilməyəcəksə, İstanbul klubu onunla yola davam edəcək.
Qeyd edək ki, Qabriel Sara geridə qalan mövsümdə meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb













