İspaniya millisinin baş məşqçisi Luis de la Fuente beynəlxalq turnirlərdə məşqçi rekordu müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
Bildirilir ki, o, dünya və Avropa çempionatlarında məğlubiyyətsiz 13 oyun keçirməyi bacaran ilk mütəxəssis olub. Onun yetirmələri bu müddət ərzində 12 qələbə qazanıb və bir dəfə heç-heçə edib.
"Furiya Roxa" əsas vaxtda yalnız 1/4 finalda Almaniyaya qalib gələ bilmədiyi AVRO-2024-ün qalibi olub. 2026-cı il dünya çempionatında isə ispanlar turnirin 1/4 finalında Belçikanı (2:1) üstələyərək artıq yarımfinala yüksəliblər.
Luis de la Fuentenin Luis van Qal və Eme Jakeni geridə qoyduğu qeyd olunur. Onlar böyük turnirlərdəki məğlubiyyətsizlik seriyalarını müvafiq olaraq Niderland və Fransa yığmaları ilə müəyyənləşdirmişdilər.
Yarımfinalda İspaniya Fransaya qarşı oynayacaq. Qarşılaşma iyulun 14-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













