Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü üçün favoritlər açıqlanıb. Matc.az saytı xəbər verir ki, Britaniya mətbuatı ölkəmizdə London derbisini proqnozlaşdırır.

Belə ki, ingilislər "Arsenal" və "çelsi"nin həm 1/4 final, həm də yarımfinal səddini keçəcəyini düşünürlər. Püşkün Premyer Liqa klublarını finala qədər üz-üzə gətirməməsi onları ümidləndirən əsas amildi.

Həmçinin ölkə çempionatındakı çıxış da "Arsenal"la "çelsi"ni Avropa Liqasına ciddi yanaşmağa vadar edir: "çelsi"nin yolu daha asan görünür. Mauritsio Sarrinin komandası həm "Slaviya"dan, həm də yarımfinaldakı potensial rəqibin hər ikisindən qat-qat güclüdü. "Arsenal" isə əvvəlcə "Napoli"ni, daha sonra isə İspaniya klublarından birini mübarizədən kənarlaşdırmalı olacaq. üstəlik, həm "çelsi", həm də "Arsenal"ın Premyer Liqada ilk "dördlüy"ə düşmək şansı yüksək deyil. çünki stabil çıxış edən "Tottenhem" və yüksəlişdə olan "Mançester Yunayted" 3-4-cü yerlərə daha yaxın görünür".

"Sky Sports" isə bir az da irəli gedərək, "çelsi" - "Arsenal" finalından əminliyini vurğulayıb. Həmkarlarımız artıq UEFA-nın həlledici oyun üçün ayırdığı bilet sayından narazılıq bildirib. Belə ki, onlar finalçı komandaların azarkeşləri üçün ayrılan ümumilikdə 37 min 500 biletin London təmsilçilərinə yetmədiyini düşünürlər.

Qeyd edək ki, Avropa Liqasında "Arsenal" - "Napoli" ilə "Vilyarreal" - "Valensiya" cütünün, "Benfika" - "Ayntraxt"la da "Slaviya" - "çelsi" cütünün qalibi yarımfinalda üz-üzə gələcək. 1/4 final matçları 11-18 aprel, yarımfinal görüşləri isə 2-9 may tarixlərində oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest