Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz üçün bu gün turnirdə istirahət günü olub.

Matc.az xəbər verir ki, milli sabah baş tutacaq Yunanıstanla oyuna hazırlığı məşq üçün ayrılmış xüsusi zalda davam etdirib. Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri yığmamızın bugünkü məşqdə iştirak ediblər. Onlar voleybolçularımız və məşqçilər korpusu ilə görüşüblər. Federasiya rəhbərliyi sabahkı dueldə voleybolçularımıza uğurlar arzulayıb. Rəhbərlik daha sonra kollektivin məşqini izləyiblər.

Qeyd edək ki, millimiz avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Oyun saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest