25 Avqust 2023, 21:39
DİGƏR
Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başlayacaq.
Matc.az xəbər verir ki, yarış 4 gün davam edəcək.Turnirdə Azərbaycan yığması da iştirak edəcək. Medallar uğrunda İlknur Əlimov (148 sm), İlyas Hətəmli (156 sm), Novruz Əliyev (160 sm), Əliheydər Quliyev (164 sm), Səfər Əlizadə (172 sm), Tamerlan Yaqubov (180 sm), Leyla Kərimova (152 sm), Humay Dadaşova (156 sm), Şəms Əlizadə (160 sm), Nilufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) mübarizə aparacaq.
Qeyd edək ki, yarış 28 avqustda start götürəcək.