"Qarabağ"ın müdafiəçisi Toral Bayramov yenidən "Adana Dəmirspor"un maraq dairəsinə düşüb. Matc.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqa klubu onu tezliklə heyətinə qatmaq niyyətindədi.
 
Bildirilib ki, Türkiyədə transfer dönəminin sonuna bir gün qalmış adanalılar müdafiənin sol cinahını gücləndirmək qərarına gəlib. Qapı xəttinə "Qarabağ"dan Şahruddin Məhəmmədəliyevi alan rəhbərlik müdafiədəki boşluğu da onun millidəki komanda yoldaşı Bayramovla doldurmağa çalışır.
 
İddiaya görə, Türkiyə təmsilçisi transferi reallaşdırmaq üçün təmasları sürətləndirib. Hazırda danışıqlar davam edir.
 
Qeyd edək ki, Toral Bayramovun "Qarabağ"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest