"Bayer"in baş məşqçi Xavi Alonsonun rəhbərliyi altında qazandığı uğurları top-klublardan da yan keçməyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Bavariya" və "Real Madrid" baş məşqçini özünə cəlb etməyi planlaşdırır. Karlo Ançelotti Madrid klubunun baş məşqçi postunu tərk edərək Braziliya millisinin başına keçəcək və Tomas Tuxelin rəhbərliyi altında "Bavariya"nın nəticələri ürəkaçan deyil.

Maraqlıdır ki, Xavi Alonso futbolçu olarkən həm "Real Madrid", həm də "Bavariya"da oynamağı bacarıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest