"Bu gün ölkə futbolunda canlanmanın olması çox yaxşıdı. Əlbəttə ki, bu liqaların bəhrəsini 1-2 ilə görmək mümkün deyil. 1-2 il futbolçu yetişdirmək üçün olduqca az müddətdir". Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov I Liqanın əvəzedicilərin çempionatından ayrılması və II Liqanın yaradılması barədə danışarkən deyib.
 
Mövsümün əvvəlində karyerasını bitirən 35 yaşlı yarımmüdafiəçi liqaların sayının çoxalmasının futbolun kütləviliyinə kömək etdiyini düşünür: "II Liqa oyunlarına o qədər azarkeş gəlir ki, Premyer Liqada heç derbilərdə o qədər fanat görmək olmur. Regionlarda komandaların olması futbolun inkişafı, futbolçuların çoxluğu deməkdi. Bu da klublarımıza və milliyə müsbət təsirini göstərəcək. Amma yenə deyirəm, qısa müddətdə nəsə əldə edə bilmərik. İnkişaf bir ilin içində olası deyil. Əgər bu layihə davamlı olsa, futbolçu sayında böyük artıma nail olacağıq".
 
"Şamaxı"nın sabiq oyunçusu II liqada oyunların gərgin mübarizə şəraitində keçdiyni sözlərinə əlavə edib: "Cəbrayıl" - "Füzuli" matçına baxırdım. Orada yüksək dəstədə oynaya biləcək gücdə futbolçular gördüm. Bir sözlə, maraqlı çempionatdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest