"Qarabağ"ın Azərbaycan çempionatlarında ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 6-na təsadüf edib. Komanda həmin vaxt Kürdəmir təmsilçisi "Şirvan"ın qapısından 6 cavabsız top keçirib.

Azərbaycan Premyer Liqasının VIII turu "Qarabağ" üçün rekordla əlamətdar olub. Matc.az xəbər verir ki, "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə çempionatları tarixində 138-ci qələbəsini qazanıb.
 
Son çempion bununla "Neftçi"nin rekordunu təkrarlayıb. Hazırda hər iki komandanın aktivində eyni sayda darmadağın var. Maraqlıdı ki, həm "Neftçi", həm də "Qarabağ" öz meydanında eyni sayda – 89 dəfə böyükhesablı qələbə qazanıblar.
 
Qeyd edək ki, "Qarabağ"ın Azərbaycan çempionatlarında ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 6-na təsadüf edib. Komanda həmin vaxt Kürdəmir təmsilçisi "Şirvan"ın qapısından 6 cavabsız top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest