"Ölüm qrupundan pley-offa vəsiqə qazandığımız üçün çox şadıq. Həm də turnir çərçivəsində səfərdə keçirdiyimiz 2 qarşılaşmada qalib gəldiyimiz üçün sevinirik. Bəzi futbolçuların səhhətində problemlər var idi".

"Borussiya"nın (Dortmund) baş məşqçisi Edin Terziç Çempionlar Liqasının V turunun "Milan"la görüşündən (3:1) söz açıb. Matc.az xəbər verir ki, o, bəzi futbolçuların zədəli olduqlarını açıqlayıb:
 
"Ölüm qrupundan pley-offa vəsiqə qazandığımız üçün çox şadıq. Həm də turnir çərçivəsində səfərdə keçirdiyimiz 2 qarşılaşmada qalib gəldiyimiz üçün sevinirik. Bəzi futbolçuların səhhətində problemlər var idi. Həkimimiz futbolçuların nə qədər müddət oynaya biləcəyini öncədən bizə söyləmişdi. Oyunçularımızın sağalmaqları üçün vaxtları var. Növbəti matçımız bazar günü olacaq".
 
"Borussiya" F qrupunda 10 xalla birinci, "qırmızı-qaralar" isə 5 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest