Türkiyə Super Liqasında XIV turun oyunları davam edir. Matc.az xəbər verir ki, üçüncü oyun günündə 3 oyun keçirilib.
 
"Hatayspor" – "Antalyaspor" matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin azərbaycanlı hücumçusu Renat Dadaşov sarı vərəqə limitini doldurduğu üçün bu oyunda iştirak etməyib. Şahruddin Məhəmmədəliyevin komandası "Adan Dəmirspor" isə "Samsunspor"a uduzub. Millimizin qapıçısı həmin görüşdə iştirak edib.
 
"Qalatasaray"ın itkisiz başa vurduğu turda "Trabzonspor" evdə "Kayserispor"a uduzub, "Beşiktaş" isə səfərdə "Ankaragücü"dən 1 xal alıb.
 
Türkiyə Super Liqası
XIV tur
1 dekabr (cümə)
 
Hatayspor – Antalyaspor 3:3
Fatih Karagümrük – İstanbulspor 3:0
 
2 dekabr (şənbə)
 
"Alanyaspor" – "Konyaspor"  2:2
"Rizəspor" – "Başakşəhər" 3:2
"Adana Dəmirspor" – "Samsunspor" 2:3
"Pendikspor" – "Qalatasaray" 0:2
 
3 dekabr (bazar)
 
"Kasımpaşa" – "Qaziantep" 4:2
"Trabzonspor" – "Kayserispor" 0:1
"Ankaragücü" – "Beşiktaş" 1:1
 
4 dekabr (bazar ertəsi)
 
"Fənərbaxça" – "Sivasspor" 4:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest